Litvanın xarici işlər naziri azərbaycanlı həmkarına zəng etdi

Litvanın xarici işlər naziri azərbaycanlı həmkarına zəng etdi

Hazırda oxunan: Litvanın xarici işlər naziri azərbaycanlı həmkarına zəng etdi
227961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Kestutis Budris “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Kestutis Budris ilk telefon zənginin belə kədərli gün ilə bağlı aparılmasından təəssüfləndiyini, Litva tərəfinin yaralıların reabilitasiyası və faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün dəstəyin göstərilməsinə daim hazır olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar, əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO