Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı - VİDEO

Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı - VİDEO

Hazırda oxunan: Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı - VİDEO
227698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Rusiyanın alternativ variantı qalmadı.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global" telekanalının dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hazırladığı süjetdə qeyd olunur.
 

Süjetdə bildirilir ki, Rusiya Azərbaycandan üzr istəməyə məcbur qaldı: "Bir gün sonra isə Prezident İlham Əliyev çıxış etdi, haqlı tələblərini dilə gətirdi".


Qeyd olunub ki, Prezident İlham Əliyev təyyarə vurulduqdan dərhal sonra Rusiyanın məsuliyyəti üzərinə götürmədiyinə, hətta fərqli ssenariləri ön plana çıxarmasına diqqət çəkib: "Putin ikinci dəfə Prezident İlham Əliyevə zəng etdi. İki lider hadisə ilə bağlı müzakirələri davam etdirdi".

O da vurğulanıb ki, hadisə ilə bağlı istintaqda 17 beynəlxalq mütəxəssis iştirak edir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO