
- A-
- A
- A+
Kadırov təyyarə qəzasından dərhal sonra ailə üzvlərini mükafatlandırıb — VİDEO
Çeçenistan lideri Ramzan Kadırov Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı gün qardaşı oğlu Həmzət Kadırovu mükafatlandırıb.
Bizim.Media xəbər verir ki, Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi, qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. Həmzət Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil - Prezident Administrasiyasındakı mənbə
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb.
Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































