“Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub etdi

“Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub etdi

Hazırda oxunan: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub etdi
226383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya La Liqasının 18-ci turunda “Barselona” “Atletiko Madrid”i qəbul edib.

Bizim.Media xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.

Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər.

Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri bərabərləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib.

Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların növbəti qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Barselona” – 1, “Atletiko Madrid” – 2.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko Madrid” (41 xal) turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirmiş “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçiləri isə əzəli rəqibləri “Real Madrid”dir (17 oyun, 37 xal).


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO