Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO

Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO

Hazırda oxunan: Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO
220012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.


Azərbaycan Taekvondo Federasiyasınından Bizim.Media-ya verilən məlumata görə, Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO - foto 1
Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO - foto 2
Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurdular - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO