İsrailin hücumları nəticəsində Livanda BMT-nin daha iki sülhməramlısı YARALANIB

İsrailin hücumları nəticəsində Livanda BMT-nin daha iki sülhməramlısı YARALANIB

Hazırda oxunan: İsrailin hücumları nəticəsində Livanda BMT-nin daha iki sülhməramlısı YARALANIB
215633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Livanda hücumu nəticəsində BMT-nin daha iki sülhməramlısı xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında BMT-nin Naqurdakı missiyasının qərargahında müşahidə məntəqəsi yaxınlığında iki partlayış baş verib və Livanda Unifil sülhməramlı korpusunu təmsil edən daha iki əsgər yaralanıb.

Bundan əlavə, İsrail zirehli texnikası Livanın cənubunda, İsraillə sərhədə yaxın Labbon kəndi yaxınlığında BMT postunun bir neçə qoruyucu divarını da uçurub. Eyni zamanda İDF tankları da posta yaxınlaşıb.

Unifil missiyasının rəsmiləri iki əsgərinin yaralanmasını “ciddi hadisə” adlandırır. Onlar qeyd edirlər ki, sülhməramlılara qarşı istənilən qəsdən hücum beynəlxalq humanitar hüququn və BMT-nin müvafiq qətnaməsinin açıq şəkildə pozulmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO