
- A-
- A
- A+
Cəmiyyət
10:44 / 11.10.2024
1 dəq oxunma
İsmayıllıda güclü küləyin FƏSADLARI: 55 ailə işıqsız qaldı – FOTO
Hazırda oxunan: İsmayıllıda güclü küləyin FƏSADLARI: 55 ailə işıqsız qaldı – FOTO
215546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İsmayıllıda ötən axşam saatlarından əsməyə başlayan güclü külək fəsadlara yol açıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış ərazisində külək iri gövdəli ağacı aşırıb.
Ərazidə olan 10 kv-luq elektrik dirəyinin biri aşıb, digəri isə zədələnib. Nəticədə elektrik kabelləri sıradan çıxıb və 55 ailəyə verilən elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə yaşayan sakinlər səhərə qədər işıqsız qalıb.
Hazırda yaranan problemin aradan qaldırılması istiqamətində aidiyyatı qurumun əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması üçün zəruri işləri həyata keçirirlər.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































