
- A-
- A
- A+
Mədəniyyət
01:20 / 18.05.2021
1 dəq oxunma
"Qırmızı papaq" tamaşası onlayn göstəriləcək
Hazırda oxunan: "Qırmızı papaq" tamaşası onlayn göstəriləcək
21451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mayın 23-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.
Bizim.Media xəbər verir ki, Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir.
Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.
Səhnə əsəri sənət ocağının yutub kanalı vasitəsilə saat 12:00-da nümayiş ediləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































