Lənkəran türkiyəli basketbolçunu transfer etdi

Lənkəran türkiyəli basketbolçunu transfer etdi

Hazırda oxunan: Lənkəran türkiyəli basketbolçunu transfer etdi
214204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Lənkəran” heyətinə türkiyəli basketbolçu cəlb edib. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə komandası Efe Baykalın transferini rəsmiləşdirib. 

1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib. 

Qeyd edək ki, bu, debütantın 7-ci legioner transferi olub. Klub indiyə qədər amerikalılar Filmon Qebrihit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton, Ceremi Berrayt və Andre Bolla ilə müqavilə bağlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO