Deputatdan maraqlı addım – Köməkçi vəzifəsini tutmaq üçün müsabiqə elan etdi – FOTO

Deputatdan maraqlı addım – Köməkçi vəzifəsini tutmaq üçün müsabiqə elan etdi – FOTO

Hazırda oxunan: Deputatdan maraqlı addım – Köməkçi vəzifəsini tutmaq üçün müsabiqə elan etdi – FOTO

213792

77 saylı Lənkəran şəhər dairəsindən Milli Məclisə deputat seçilmiş Fariz İsmayılzadə köməkçisi vəzifəsində çalışmaq üçün gənclərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı deputat sosial şəbəkə hesabında paylaşım edib. Millət vəkili Lənkəran şəhər seçki dairəsi üzrə deputat köməkçisi vəzifəsində çalışmaq istəyən gənclərin öz CV-lərini [email protected] e-mail ünvanına göndərməsini xahiş edib.

Deputat köməkçisi vəzifəsi üzrə əsas tələblər bunlardır:

– Lənkəran şəhərində qeydiyyat və faktiki yaşayış

– İctimai, siyasi və inzibati idarəetmə və yaxud beynəlxalq münasibətlər ixtisasları üzrə magistr dərəcəsi

– Azərbaycan dili (sərbəst), Rus və İngilis dili biliyi (yaxşı)

– 2 il iş tərcübəsi

Əsas öhdəliklər:

Namizəd millət vəkilinin gündəliyini idarə etmək və gündəlik işlərin düzgün aparılmasını təmin etməli, deputatın seçicilər və maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olması üçün ictimai görüşlər və tədbirlər təşkil etmək, deputat tərəfindən verilən bu və digər inzibati tapşırıqları icra etmək imkanı olmalıdır.

Qeyd edək ki, deputatlar adətən öz köməkçilərini təyin etmək üçün xüsusi elan vermirlər.Ona görə də Fariz İsmayılzadənin bu addımı diqqət çəkib.

Xatırladaq ki, 1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərində Lənkəran şəhər seçki dariəsindən deputat seçilib.

Məlumat üçün bildirək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.

O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.  

O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.   

Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO