“Tottenhem” “Qarabağ”a qarşı ikinci heyətlə OYNAYACAQ

“Tottenhem” “Qarabağ”a qarşı ikinci heyətlə OYNAYACAQ

Hazırda oxunan: “Tottenhem” “Qarabağ”a qarşı ikinci heyətlə OYNAYACAQ
212786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqası ilə bağlı planını müəyyənləşdirib. 

Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, yunanıstanlı mütəxəssis Liqa mərhələsinə ehtiyat qüvvə ilə başlayacaq. 

Çalışdırıcı Azərbaycan çempionu “Qarabağ”a qarşı keçiriləcək ilk matçda əsas heyət üzvlərini qorumaq qərarına gəlib. 

“Tottenhem” yeni formatda təşkil olunacaq turnirdə “Qarabağ”la yanaşı, “Ferensvaroş” və “Elfsborq” önünə də köklü rotasiya ilə çıxacaq. Ancaq “Qalatasaray”, “Roma”, “Reyncers” kimi rəqiblərə qarşı belə dəyişikliklər olmayacaq.
 

“Tottenhem”də əsas heyətə düşə bilməyən Brendon Ostin, Arçi Qrey, Yves Bissuma, Lukas Berqvall, Brennan Conson, Uill Lankşeyr və Miki Mur kimi oyunçular gözlərini məhz “Qarabağ”la qarşılaşmaya dikiblər.


Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem” stadionunda keçiriləcək “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO