
- A-
- A
- A+
Cəmiyyət
00:21 / 21.09.2024
1 dəq oxunma
Kürdəmidə mikroavtobus piyadanı vurub - FOTO
Hazırda oxunan: Kürdəmidə mikroavtobus piyadanı vurub - FOTO
212415
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 197-ci km-də rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobusun sürücüsü Rasim Rəhimov Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Xırdapay kənd sakini 57 yaşlı Məmmədov Həmid Soltan oğlunu vurub.
Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































