Toyda qətlə yetirilən 28 yaşlı gəncin FOTOSU - VİDEO

Toyda qətlə yetirilən 28 yaşlı gəncin FOTOSU - VİDEO

Hazırda oxunan: Toyda qətlə yetirilən 28 yaşlı gəncin FOTOSU - VİDEO
210581
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaşa toya dəvət alan Qobustan  sakini amansızlıqla öldürülüb.

Bizim.Media-nın bürosu xəbər verir ki, hadisə  rayon mərkəzində baş verib.

Belə ki, Qobustan rayonunun Nərmankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi - QATİL AXTARILIR


Toyda  İlkin İsgəndərli ilə  digər şəxs və  ya şəxslər aralarında mübahisə yaranıb. Daha  sonra mübahisə davaya çevrilib. Dava zamanı müxtəlif bicaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da  onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosunun  sorğusuna cavab  olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü  İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.

Qeyd edək ki dünyasını dəyişən İlkin İsgəndərli ailəli olub və onun bir övladı var.



Toyda qətlə yetirilən 28 yaşlı gəncin FOTOSU - VİDEO - foto 1

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO