Zaxarovadan Ermənistana sərt reaksiya: "Strateji səhvlərinə görə Rusiyanı günahlandırır" - VİDEO

Zaxarovadan Ermənistana sərt reaksiya: "Strateji səhvlərinə görə Rusiyanı günahlandırır" - VİDEO

Hazırda oxunan: Zaxarovadan Ermənistana sərt reaksiya: "Strateji səhvlərinə görə Rusiyanı günahlandırır" - VİDEO
207724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun bəyanatına reaksiyası İrəvanın strateji səhvlərinə görə Rusiyanı necə günahlandırmağa çalışdığının daha bir nümunəsidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.

Xatırladaq ki, bir neçə gün öncə “Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Zəngəzurdan keçən kommunikasiyalara gəlincə, təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasını anlamaq çətindir” sözlərini dilə gətirmişdi.

"Əsas odur ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli sazişlər silsiləsinin ruhuna və hərfinə əməl edilsin”, - Rusiya diplomatik xidmətinin rəhbəri əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO