Avtobuslarda gedişhaqqı düzgün hesablanmır? – VİDEO

Avtobuslarda gedişhaqqı düzgün hesablanmır? – VİDEO

Hazırda oxunan: Avtobuslarda gedişhaqqı düzgün hesablanmır? – VİDEO
206639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gedişhaqqının düzgün hesablanmamasından narazıdırlar.

Bizim.Media xəbər verir ki, məsələn, 211 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən metronun "Koroğlu" stansiyasına qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ - 55 qəpik ödəməlisiniz.

Yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.

Məsələ ilə bağlı "BakuBus"dan bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:

"Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".

Daha ətraflı Baku TV-nin materialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO