Ukraynada nazir müavini rüşvət alarkən tutuldu - ANBAAN VİDEO

Ukraynada nazir müavini rüşvət alarkən tutuldu - ANBAAN VİDEO

Hazırda oxunan: Ukraynada nazir müavini rüşvət alarkən tutuldu - ANBAAN VİDEO
206263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Nazirlər Kabineti energetika nazirinin müavini Aleksandr Xeylonu tutduğu vəzifədən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

Mənbə qeyd edir ki, Xeylo 2023-cü ilin sentyabr ayından etibarən energetika nazirinin müavini vəzifəsində çalışıb.

"Ukrayna xəbərləri"nin verdiyi məlumata görə, energetika nazirinin müavini Aleksandr Xeylo kömür hasilatı üçün qiymətli avadanlıqların cəbhə bölgəsindən Ukraynanın qərbindəki müəssisəyə verilməsinə görə 500 min dollar məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.

Bildirilir ki, nazir müavini ilə yanaşı, energetika sənayesindən bir neçə nəfər də bu sövdələşmədə iştirak edib və bununla bağlı bütün şəxslər məsuliyyətə cəlb olunacaq. 

Məlumata görə, Aleksandr Xeylo Energetika Nazirliyində kömür sənayesinə cavabdeh olub. Bundan əvvəl o, "Ukrvuqill" dövlət müəssisəsinin direktoru işləyib.



 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO