Trampa qarşı sui-qəsd zamanı 2 nəfər ölüb - VİDEO

Trampa qarşı sui-qəsd zamanı 2 nəfər ölüb - VİDEO

Hazırda oxunan: Trampa qarşı sui-qəsd zamanı 2 nəfər ölüb - VİDEO
201921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının bu ilki prezident seçkilərində real namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsd zamanı bir nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Batler şəhərinin prokuroru açıqlama yayıb.

Bildirilir ki, sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı ölüb. İnsidentin detalları hələlik açıqlanmayıb.

Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şəraitdə olduğuna dair məlumat yayıb. Ağ Ev isə Prezident Co Baydenin baş vermiş hadisə ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

Qeyd edək ki, Pensilvaniya ştatında seçicilərlə görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd təşkil olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO