Berlin stadionunda türk azarkeşlərdən kütləvi “bozqurd” NÜMAYİŞİ - FOTO

Berlin stadionunda türk azarkeşlərdən kütləvi “bozqurd” NÜMAYİŞİ - FOTO

Hazırda oxunan: Berlin stadionunda türk azarkeşlərdən kütləvi “bozqurd” NÜMAYİŞİ - FOTO

200824

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində Niderland və Türkiyə yığmalarının qarşılaşmasında türkiyəli azarkeşlər “bozqurd” işarəsi göstəriblər.

Bizim.Media xəbər verir ki, matç zamanı monitorlar türkiyəli azarkeşləri iri planda göstərməməyə çalışsa da, türklərin yekdilliklə bu cür dəstəyi gözdən yayınmayıb.

Qeyd edək ki, hazırda ikinci hissəsinə start verilən matçda Türkiyə millisi 0:1 hesabla öndədir.

Xatırladaq ki, azarkeşlər eyni göstərişi matç öncəsi Berlin küçələrində də nümayiş ediblər. Onlar “bozqurd” işarəli köynəklər və qurd maskaları geyinərək Türkiyə millisinə dəstək şüarları səsləndiriblər.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO