Husilər İsraildə əhəmiyyətli hədəflərə və Qırmızı dənizdə

Husilər İsraildə əhəmiyyətli hədəflərə və Qırmızı dənizdə "Seajoy" gəmisinə HÜCUM ETDİLƏR

Hazırda oxunan: Husilər İsraildə əhəmiyyətli hədəflərə və Qırmızı dənizdə "Seajoy" gəmisinə HÜCUM ETDİLƏR
199401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yəmənin husi üsyançıları Qırmızı dənizdə "Seajoy" gəmisinə hücum ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib.

Malta bayraqlı yük daşıyan gəmiyə hücum pilotsuz təyyarələr, raketlər və pilotsuz qayıqdan istifadə edilməklə həyata keçirilib.

Qrup nümayəndəsinin sözlərinə görə, gəmi “birbaşa və dəqiq” vurulub.
Bundan əlavə, qrup İraq İslam Müqavimətinin dəstəyi ilə İsrailin Hayfa limanında “yüksək dəyərli hədəfə” hücum edib. Zərbələr qanadlı raketlərlə endirilib.

İyunun 27-nə keçən gecə qruplaşma Ərəb dənizində İsrail gəmisinə qarşı hipersəs raketindən istifadə etdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO