BMT: “Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”

BMT: “Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”

Hazırda oxunan: BMT: “Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”
193228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“BMT-nin Baş katibi Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin AZƏRTAC-ın ABŞ bürosunun sorğusuna cavabında deyilib. 

Bildirilib ki, Baş katib Antonio Quterreş aprelin 19-da sərhədlərin delimitasiyasına dair əldə olunmuş razılaşmanı alqışlayıb. 

“O, tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb.
Hazırda Azərbaycanın və Ermənistan sülh sazişi üzərində işləməyə davam etməsi ümidvericidir. Biz ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşü yerdə qalan məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslarla davam edəcək”, - deyə BMT mətbuat xidmətinin cavabında qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO