Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü – FOTO/VİDEO

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü – FOTO/VİDEO
189056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təcrübə proqramı çərçivəsində İspaniyada olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə bir araya gələn mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya uyğunlaşması barədə təcrübələri ilə tanış olub. 

Samir Abasov səfər çərçivəsində həmçinin "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək, fikir mübadiləsi aparıb.

Azərbaycanlı mütəxəssis ötən gün əsas komandanın məşqini izləyib. 
 



Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü – FOTO/VİDEO - foto 1
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü – FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO