Yekun müsahibədə müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin adları AÇIQLANDI

Yekun müsahibədə müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin adları AÇIQLANDI

Hazırda oxunan: Yekun müsahibədə müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin adları AÇIQLANDI

182293

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.

Məhkəmə-Hüquq Şurasından Bizim.Media-ya verilən məlumata görə, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiq etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilib, 27 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq 2024-cü il martın 29-da Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO