“Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR 

“Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR 

Hazırda oxunan: “Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR 
182091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib. 

Bizim.Media xəbər verir ki, “modern.az” saytı bundan əvvəl Azər Məmmədovla bağlı təqdimat etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

"Azəriqaz"ın yeni rəhbəri KİMDİR? - DOSYE 


Onunla bağlı daha bir maraqlı məlumatı diqqətə çatdırırıq.

2023-cü ilin mart ayındın "Azəriqaz"a direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.

Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb. 

O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan Mi-8 helikopterində şəhid olmuş 22 nəfərdən biridir. 

İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsu Azərbaycan  KP MK-da Nəzarət Komitəsinin sədr müavini olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO