Rusiyanın Odessaya dron hücumu: Ölənlərin sayı 12-yə çatdı

Rusiyanın Odessaya dron hücumu: Ölənlərin sayı 12-yə çatdı

Hazırda oxunan: Rusiyanın Odessaya dron hücumu: Ölənlərin sayı 12-yə çatdı
180950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, “Şahid” dronunun zərbəsinə tuş gəlmiş çoxmərtəbəli binanın dağıntıları altından 10 yaşlı oğlan və onun 8 yaşlı bacısının meyitləri çıxarılıb.

Daha öncə xilasedicilər uşaqların valideynlərinin, habelə 7 aylıq bacılarının meyitini tapmışdılar.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə və sutkanın erkən saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Sözügedən hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO