Abdullah Ağar: “Zəngəzur dəhlizinin taleyi Ankarada müzakirə olunacaq” – VİDEO 

Abdullah Ağar: “Zəngəzur dəhlizinin taleyi Ankarada müzakirə olunacaq” – VİDEO 

Hazırda oxunan: Abdullah Ağar: “Zəngəzur dəhlizinin taleyi Ankarada müzakirə olunacaq” – VİDEO 

178872

“Cənab Əliyevin Münxen Təhlükəsizlik zirvəsindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi xüsusi simvolik əhəmiyyət daşıyır. Səfər çərçivəsində nəzərdə tutulan görüşlər çox əhəmiyyətlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Münxendə qazanılan DİPLOMATİK ZƏFƏR – Azərbaycan irəli, Qərb geri addım ATDI – TƏHLİL  


Azərbaycan liderinin Münxen zirvəsindən dərhal sonra Türkiyəyə rəsmi səfərini şərh edən Ağar, müzakirələr nəticəsində ciddi qərarların qəbul ediləcəyinə diqqət çəkib:

“Cənab Əliyev Münxen Təhlükəsizlik zirvəsində olduqca önəmli görüşlər keçirdi. Bunlar içərisində xüsusilə Almaniya kansleri, ABŞ Dövlət Departamentinin rəhbəri, İsrail Prezidenti və Ermənistan Baş naziri Nikol Paşinyanla olan görüşləri qeyd etməliyik. Cənubi Qafqazın dünya geopolitikasının mərkəzinə çevrildiyi bir dönəmdə sözügedən görüşlərin reallaşması olduqca önəmli və anlamlıdır. 

Türkiyə və Azərbaycanın siyasi baxımdan eyni strategiya ortaya qoyduğunu hər birimiz bilirik. İki ölkə bir-birindən xəbərsiz heç bir addım atmır, yəni ortaq bir qərar, ortaq bir ağılla hərəkət edirlər. Bu isə olduqca önəmlidir. Elə bu baxımdan da, Cənab Əliyevin Münxen Təhlükəsizlik zirvəsindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə A.Ağar bildirib.

“Əsas mövzu Zəngəzur dəhlizidir”

Türkiyə və Azərbaycan liderinin əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi ilə bağlı olacağına diqqət çəkən politoloq, Cənubi Qafqazda atılacaq addımlar baxımından da yeni qərarların verilə biləcəyini deyib:

“Səfər çərçivəsində nəzərdə tutulan görüşlər çox əhəmiyyətlidir. Görüşlərdən sonra həm birgə atılacaq addımlar, həm Cənubi Qafqaz və Orta Asiya ilə bağlı görüləcək işlər zaman tələb edir. Önəmli müzakirə aspektlərindən biri də Zəngəzur dəhlizinin açarının kimin əlində olacağı ilə bağlıdır. Bütün bunları nəzərə aldığımız zaman, Cənab Əliyevin Türkiyə səfəri son dərəcə böyük əhəmiyyət kəsb edir”, - A.Ağar qeyd edib.
 


Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO