MSK sədri: “Bundan sonra açılacaq bülletenlər nəticələrə təsir etməyəcək

MSK sədri: “Bundan sonra açılacaq bülletenlər nəticələrə təsir etməyəcək"

Hazırda oxunan: MSK sədri: “Bundan sonra açılacaq bülletenlər nəticələrə təsir etməyəcək"

177152

“Nəticələrə əsasən deyə bilərik ki, artıq İlham Əliyev Azərbaycan xalqı tərəfindən öz prezidenti kimi seçilib”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

MSK: İlham Əliyev 92,05% səslə LİDERDİR


"Seçki çox yüksək səviyyədə keçirilib. Azərbaycan xalqı öz konstitusyon hüquqlarını yerinə yetirərək 7 nəfər prezidentliyə namizəd arasından öz namizədini seçib. Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur. 

Bundan sonrakı açılacaq bülletenlər nəticələrə təsir etməyəcək", - deyə MSK sədri bildirib.

O,qeyd edib ki, səsləri hesablanmayan çox az sayda məntəqələr qalıb.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO