Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

Hazırda oxunan: Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

176049

1 fevral 2024-cü il, Bakı – "Azərbaycan Hava Yolları" 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönuş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir.

Müsabiqə 1-21 fevral tarixlərində davam edəcək. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq.

Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir:

//bit.ly/azalcontestpr  

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq. 

50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.  

Qeyd edək ki, müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.  

Şanslı qalib olub AZAL-dan pulsuz aviabiletlər qazanmaq fürsətini qaçırmayın! 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO