Mbappe:

Mbappe: "Bu, dünya çempionu olmaqdan daha üstündür"

Hazırda oxunan: Mbappe: "Bu, dünya çempionu olmaqdan daha üstündür"

171349

PSJ-nin hücumçusu Kilian Mbappe özünün "İnspired by KM" xeyriyyə fondu haqqında danışıb.

Bizim.Media xəbər verir ki, futbolçunun fondu imkansız ailələrdən olan uşaqlara kömək etmək məqsədi daşıyır. 

25 yaşlı forvard xeyriyyə işini dünya çempionatını qazanmaqdan daha üstün tutduğunu bildirib:

“Bu, mənim ən böyük qürur mənbəyimdir. Çünki bu mənim üçün çox şey deməkdir. Fond mənim üçün dünya kubokunu qazanmaqdan daha üstündür? Bəli. Dünya çempionu olmaq həyatımı o qədər də dəyişdirmədi, amma bu fond dəyişdi”.
Qeyd edək ki, u mövsüm Kilian Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 oyun keçirib və 21 qol vurub. Mbappe 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO