Laçın sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə BAŞLANILDI 

Laçın sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə BAŞLANILDI 

Hazırda oxunan: Laçın sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə BAŞLANILDI 

164645

Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. 

DGK sədri onu da vurğulayıb ki, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır: 
“Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır. Hazırda Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO