Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  

Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  

Hazırda oxunan: Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  
161107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib. 

Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov təmsil edib. 

İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb. Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər. 
İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər. 

Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO   - foto 1
Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO   - foto 2
Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO   - foto 3
Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO   - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO