Göyçayda iməcilik KEÇİRİLDİ - FOTO 

Göyçayda iməcilik KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Göyçayda iməcilik KEÇİRİLDİ - FOTO 

160344

Göyçay rayon ərazisində təmizliklə bağlı iməcliklər keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon ərazisində təmizliklə bağlı yol kənarlarının və qəbiristanlıq sahələrinin abadlaşdırılması istiqamətində iməcliklərin keçirilməsi davam etdirilir. 

Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin dəstəyi ilə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun və şəhərin Heydər Əliyev prospektinin qərb hissəsində yolların kənarları kol-kosdan, alaq otlarından, suvarma arxları lil və çöküntülərdən təmizlənmişdir. 
Həmçinin rayonun Çaxırlı və digər kəndlərində qəbiristanlıq sahələrində də abadlıq işləri aparılıb.Bu işlər rayon ərazisində mütəmadi olaraq davam etdirilir.


Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO