
- A-
- A
- A+
İlham Əliyev Özbəkistan Prezidentini TƏBRİK ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevi MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident MDB Dövlətləri Şurasının İCLASINDA – FOTO/VİDEO
"Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır", - dövlət başçısı qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































