"Hazırda döyüşlər 6 şəhərdə gedir" - İsrail Müdafiə Ordusu

Hazırda oxunan: "Hazırda döyüşlər 6 şəhərdə gedir" - İsrail Müdafiə Ordusu

158995

"HƏMAS-la toqquşma gözlənildiyindən daha uzun çəkir".

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun nümayəndəsi polkovnik Riçard Heks bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların başlanmasından 48 saatdan çox keçməsinə baxmayaraq, İsrailin cənubunda HƏMAS-a qarşı mübarizə davam etdirilir:

“Biz hələ də döyüşürük. Hazırda döyüşlər 6 şəhərdə davam edir. Bu müharibədir, miqyası başqadır”.

R.Heks konkret rəqəm deməsə də, onlarla israillinin girov saxlanıldığını söyləyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO