Almaniyalı müxbir:

Almaniyalı müxbir: "Ermənilər könüllü olaraq Qarabağı tərk ediblər" - VİDEO

Hazırda oxunan: Almaniyalı müxbir: "Ermənilər könüllü olaraq Qarabağı tərk ediblər" - VİDEO
157975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan hərbçiləri erməniləri Qarabağdan qovmayıb. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyiblər və könüllü olaraq bölgəni tərk ediblər".

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın ZDF telekanalının müxbiri Sebastyan Ehm Şuşa şəhərinin yaxınlığında canlı yayıma qoşularkən səsləndirib.

Xatırladaq ki, adı çəkilən televiziyada Azərbaycanın Qarabağ bölgəsində mövcud vəziyyət müzakirə olunub.

Sebastyan Ehm erməni əhalisinin Qarabağı tərk etməsinin səbəbi ilə bağlı aparıcının sualını cavablandırarkən qeyd edib ki, bölgəni tərk edən ermənilərlə apardığı söhbətlərə əsasən Azərbaycan ordusu erməniləri Qarabağdan çıxarmayıb:

"Bunu BMT-nin Ermənistandakı nümayəndəsi də təsdiqləyib".

Müxbirin sözlərinə görə, Qarabağdakı ermənilər son hərbi toqquşmadan sonra mənəvi və fiziki depressiyaya düşüblər: "Bölgədə yaşayan ermənilərin əksəriyyəti qalıb Azərbaycan vətəndaşı olmaqdansa Ermənistana getməyə üstünlük verib".

Aparıcının "Münaqişənin son nəticədə həll olunduğunu hesab etmək olarmı?" sualını cavablandıran müxbir hazırda mübarizənin bitdiyi qənaətində olduğunu bildirib:

"Azərbaycan ordusu böyük üstünlüyə malikdir və əzmkar qələbə qazanıb".

Sebastyan Ehm onu da vurğulayıb ki, Azərbaycan hökumətinin yerli ermənilərin reinteqrasiyası ilə bağlı planı var. 

Müxbir bildirib ki, İlham Əliyev Qarabağda böyük infrastruktur layihələri həyata keçirmək və on minlərlə azərbaycanlını bu torpaqlara qaytarmaq niyyətindədir.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO