Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO

Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO

Hazırda oxunan: Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO
156691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər. 

Bizim.Media xəbər verir ki, hərbi attaşelər antiterror tədbirlərindən sonra Şuşadan Xankəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə baxış keçiriblər. 

Qonaqlar əvvəlcə terrorçu separatçılara məxsus olmuş hərbi hissədə olublar. 

Daha sonra separatçılardan müsadirə olunan texnikalara və silah-sursata baxıblar. General-mayor Mayis Bərxudarov nümayəndə heyətini silahlar haqqında məlumatlandırıb, döyüş sursatlarının hansı ərazidə ələ keçirildiyi barədə onlara danışıb. 

Bu günədək ələ keçirilən qənimətlərin siyahısında 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 “Zastava”, 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 min 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarasının olduğu qeyd edilib. 

Daha sonra ələ keçirilən hərbi qənimətlərlə bağlı videoçarx nümayiş olunub. 

Qeyd edək ki, səfərdə 9 attaşe və iki beynəlxalq təşkilat nümayəndəsi iştirak ediblər. Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət ediblər. 

 



Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO - foto 1
Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO - foto 2
Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO - foto 3
Mayis Bərxudarov xarici ölkələrin hərbi attaşelərinə ələ keçirilən hərbi qənimətləri GÖSTƏRDİ - FOTO/VİDEO - foto 4

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO