Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO

Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO

Hazırda oxunan: Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO
149279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dünya çempionatında 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya 2-si olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO - foto 1
Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO - foto 2
Dünya çempionatında 2-ci yeri tutan idmançılarımız vətənə qayıtdı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO