Şimal bölgəsinin qızıl və gümüş medal alan MƏZUNLARI – FOTO  

Şimal bölgəsinin qızıl və gümüş medal alan MƏZUNLARI – FOTO  

Hazırda oxunan: Şimal bölgəsinin qızıl və gümüş medal alan MƏZUNLARI – FOTO  

148317

Bu dərs ilini Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin 4 orta məktəb məzunu qızıl və gümüş nişanla başa vurub. 

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, həmin məzunlardan ikisi qızıl, ikisi isə gümüş nişana layiq görülüb. 

Orta təhsilini qızıl nişanla başa vuran iki məzun - Polad Atayev Quba şəhərindəki Mehrab Niftəliyev adınaTexniki təmayüllü liseyin, Cavidan Balayev isə Quba şəhərindəki Zaur Cəfərov adına 3 nömrəli orta məktəbin məzunlarıdır. Gümüş nişanlı builki məzun da Quba məktəblisidir.
Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin məzunu Vüsal İbrahimov və Siyəzən şəhərindəki Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin məzunu Eltac Niftəliyev isə təhsil uğurlarına görə gümüş nişanla təltif ediliblər. Şimal bölgəsinin medallı məzunlarının fotolarını təqdim edirik: 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO