Bakıda peşəkar dələduz kameraya yaxalandı: 60 manatı belə oğurladı - VİDEO 

Bakıda peşəkar dələduz kameraya yaxalandı: 60 manatı belə oğurladı - VİDEO 

Hazırda oxunan: Bakıda peşəkar dələduz kameraya yaxalandı: 60 manatı belə oğurladı - VİDEO 

148269

Paytaxtın Binəqədi rayonunda kosmetika mağazasında dələduzluq hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər baku.ws-in qaynar xəttinə daxil olub. 

Bildirilib ki, hadisə 3-cü mikrorayon, Cavadxan, 10 ünvanında yerləşən kosmetika məhsulları satılan mağazada qeydə alınıb. 

Belə ki, mağazaya daxil olan ortayaşlı kişi, 165 manat pulu satıcıya təqdim edərək 170 manat olduğunu iddia edib və bütövlətmək istədiyini bildirib.

Hər şey də bundan sonra yaşanıb. Pulu sayan satıcı 5 manat əskik olduğunu həmin şəxsə deyib. İddia edilir ki, kişi pulu sayan zaman gizlincə 60 manatını götürüb və yerdə qalan məbləğin üzərinə beş manat əlavə edərək təkrar mağaza əməkdaşına uzadıb. 
Bildirilib ki, hadisə ilə əlaqədar polisə məlumat verilib. 

Sözügedən görüntüləri təqdim edirik: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO