İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB - VİDEO

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB - VİDEO
144734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib. 

Bizim.Media xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. 

Söhbət zamanı Prezident İlham Əliyevin və Baş nazir Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlanıb. 

Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edilib, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulanıb. 

*** 17:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO