BMT rəsmisi Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirdi

BMT rəsmisi Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirdi

Hazırda oxunan: BMT rəsmisi Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirdi
144646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirirəm”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusunda keçirilən Nazirlər iclasında deyib.

“Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm, təşkilatın prinsip və normalarının yerinə yetirilməsində ölkənin rolunu və fəaliyyətini yüksək qiymətləndirirəm”, - o vurğulayıb.

O, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə verdiyi töhfəni qeyd edib.

Tatyana Valovaya əlavə edib ki, dünya münaqişələrdən, iqlim problemlərindən, qeyri-sabit iqtisadiyyatdan və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərdən əziyyət çəkir: “Qoşulmama Hərəkatının fəaliyyəti isə kataklizmlərə qarşı mübarizəyə töhfə verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO