“Vaqner” barəsində cinayət işinə XİTAM VERİLDİ 

Hazırda oxunan: “Vaqner” barəsində cinayət işinə XİTAM VERİLDİ 

143526

Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib. 

Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Xatırladaq ki, iyunun 24-ü  ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib.
Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.  

Həmin gün səhər saatlarında isə Rostov şəhəri, Cənub Hərbi Dairəsi Qərargahı və Voronej vilayəti “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

24 iyun axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə baş tutan təmaslardan sonra “Vaqner” qüvvələri mövqelərinə çəkiləcəklərini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO