Ukrayna ordusu Baxmut ətrafında irəlilədi

Hazırda oxunan: Ukrayna ordusu Baxmut ətrafında irəlilədi

143327

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ötən gün ərzində Baxmut şəhəri istiqamətində irəliləyiblər.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun qruplaşmasının sözçüsü Sergey Çerevatı bildirib.

"Müdafiə qüvvələri Baxmut istiqamətində təşəbbüsü əlində saxlayır, hücum əməliyyatlarını davam etdirir, düşməni darmadağın edir. Bir gün ərzində Baxmut ətrafında cənub və şimal cinahlarda 600-1000 metr məsafə qət edilib, 186 nəfər işğalçı məhv edilib, 224-ü yaralanıb. 8 nəfər əsir götürülüb”, - deyə o bildirib.
Çerevatının sözlərinə görə, həmçinin düşmənin bir tankı, bir piyada döyüş maşını, iki özüyeriyən artilleriya qurğusu, 2 MLRS (reaktiv yaylım atəş sistemləri), 3 tank əleyhinə sistemi, hücumundan müdafiə sistemi, altı sursat anbarı, üç kamikadze dronları və s. məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO