
- A-
- A
- A+
Konfrans Liqası: Azərbaycan klublarının III raunddakı potensial rəqibləri artıb
Azərbaycan klubları “Sabah”, “Neftçi” və “Qəbələ”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb.
Bizim.Media xəbər verir ki, daha üç komanda 2023/2024 mövsümündə yarışa həmin raunddan başlamaq hüququ qazanıb.
Serbiya təmsilçisi “Partizan”dan sonra “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna) və “Aruka”nın (Portuqaliya) III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlərdə qərarlaşacağı dəqiqləşib. “Sabah”, “Neftçi” və “Qəbələ” onların potensial rəqibi olmaq üçün II raundu keçməlidirlər.
“Hayduk” (Split, Xorvatiya), “Brann” (Norveç) və “Nordsyelland” (Danimarka) isə III raundda səpələnməmişlərdə qərarlaşacaqlarından, Azərbaycan komandalarına rəqib ola bilməzlər.
Qeyd edək ki, Konfrans Liqasında III mərhələnin püşkü iyulun 24-də atılacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































