Biləsuvarda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayon sakini, 2021-cü il təvəllüdlü qız nəzarətsiz qalaraq boya içib.
Nəticədə azyaşlı qız zəhərlənib.
O, dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media