Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadıldı

Hazırda oxunan: Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadıldı

138208

Moldovada fövqəladə vəziyyət rejimi 60 gün müddətinə uzadılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Moldova parlamentinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, hökumətin təklifi ilə Milli Məclis qərar layihəsini 58 səslə qəbul edib. 

Qərara əsasən ölkədə fövqəladə vəziyyət iyunun 4-dən 60 gün uzadılıb. Moldova hökuməti öz qərarını onunla əsaslandırır ki, Ukraynada baş verən hadisələrə görə respublikanın hava məkanının pozulması riski var.
Bundan əlavə, hibrid müharibə, dövlət qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlar kimi təhlükə var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO