Şuşada “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub - FOTO 

Şuşada “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub - FOTO 

Hazırda oxunan: Şuşada “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub - FOTO 

135343

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu gün səhər saatlarından başlayaraq müxtəlif təqdimatlar, sərgilər, tamaşalar təqdim edilib, qala-konsert olub. 

Bizim.Media xəbər verir ki, festival çərçivəsində növbəti konsert Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı olub.  

Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib.

Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib. 
Konsert proqramı maraqla qarşılanıb. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO