Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə yekunlaşır

Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə yekunlaşır

Hazırda oxunan: Türkiyənin Gəncədəki Baş konsulluğunda səsvermə yekunlaşır
134781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qardaş Türkiyənin Gəncədəki Baş konsulluğunda türk vətəndaşlarının prezident və parlament seçkilərində mayın 5-i səhər saatlarından başlamış səsverməsi bu gün başa çatır.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop deyib. O bildirib ki, 3 gün davam edən səsvermədə Türkiyə vətəndaşları xüsusi fəallıq göstəriblər. Səsvermənin 1-ci və 2-ci günündə səsverməyə gələn insanlar arasında sıxlıq müşahidə olunub. Bu gün son gün olduğuna görə gələnlərin sayında azalma var. Konsul bildirib ki, ötən seçkilərlə müqayisədə bu seçkilərdə vətəndaşların aktivliyi rekord həddə çatıb.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO