
- A-
- A
- A+
Bakı Dövlət Universitetindəki yanğının səbəbi BƏLLİ OLDU – ÖZƏL
Bakı Dövlət Universitetində yanğın olub. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı Dövlət Universitetində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Bakı Dövlət Universitetindən Bizim.Media-ya yanğının səbəbi ilə bağlı açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı Dövlət Universitetində yanğın oldu - VİDEO
Universitetin mətbuat katibi Kəmalə Quliyevanın sözlərinə görə yanğın olmayıb, elektrik naqilində adi tüstülənmə olub və profilaktika üçün FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə çağırılıb.
Qeyd edək ki, yanğınsöndürənlər tərəfindən yanğının genişlənməsinə imkan verilməyib və alov qısa müddətdə söndürülüb.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































