Havanın temperaturu 9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ 

Havanın temperaturu 9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Havanın temperaturu 9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ 

133462

Aprelin 30-u axşamdan mayın 2-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, mayın 2-də arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək. Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Qərb küləyi arabir 15-20 metr/saniyə, mayın 1-də bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO