Yəməndə Ramazan xeyriyyəsi faciə ilə BİTDİ: 78 ölü, 73 yaralı var - FOTO

Yəməndə Ramazan xeyriyyəsi faciə ilə BİTDİ: 78 ölü, 73 yaralı var - FOTO

Hazırda oxunan: Yəməndə Ramazan xeyriyyəsi faciə ilə BİTDİ: 78 ölü, 73 yaralı var - FOTO

131975

Yəmənin paytaxtı Sənada Ramazan bayramı münasibətilə təşkil edilən xeyriyyə tədbirində atışma, ardından da elektrik stansiyasında partlayış baş verib.  

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində izdihamda 78 nəfər həlak olub, 73 sakin yaralanıb. 

Məlumata görə, hadisəyə səbəb husi qiyamçılarının nəzarəti altında olan Sənada ərzaq yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb. Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb. Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib.  
Daha sonra husilər xeyriyyə tədbirinin keçirildiyi məktəb binasını mühasirəyə alıb və jurnalistlərin yaxınlaşmasının qarşısını alıblar. 

Husi qiyamçılarının baş qərargahı bəyan edib ki, atəş açan şəxslər axtarılır. Həmçinin qeyd edilib ki, həlak olanların ailə üzvlərinə 2 min dollar, yaralılara isə 400 dollar təzminat ödəniləcək. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO